Zakir Qaralov cinayət işindən danışdı

<b>Zakir Qaralov cinayət işindən danışdı</b>
Oxunma sayı: 282

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri prokurorluq orqanları əməkdaşlarının peşə bayramı ərəfəsində rəsmi "Azərbaycan" qəzetində dərc olunmuş yazısında baş prokuror Zakir Qaralov bildirib.

O qeyd edib ki, bu ərizə və şikayətlərin 16,3 mini müvafiq qaydada həll edilmiş, o cümlədən 2360 müraciət qaldırılan məsələlər əsaslı olduğundan təmin olunmuş, 24 mindən çox vətəndaş, o cümlədən 12,4 mindən çoxu prokurorlar tərəfindən qəbul edilib. Baş Prokurorluğun "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş 274 (2010-cu ildə 60 olub) müraciətə qısa müddət ərzində baxılaraq müvafiq tədbirlər görülüb.
"Korrupsiya ilə mübarizə üzrə fəaliyyətin daha çevik və səmərəli təşkili nəticəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və korrupsiya ilə bağlı digər faktlar üzrə 2011-ci ildə 229 şəxs barəsində 142 cinayət işi, cari ilin birinci yarımili ərzində isə 160 şəxs barəsində 82 cinayət işi yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi