Zaur Baxşəliyevə ağır itki üz verdi

zaur-baxseliyeve-agir-itki-uz-verdi
Oxunma sayı: 1352

Hadisə onların vaxtilə Şuşadan məcburi köçkün kimi yerləşdikləri Bərdə rayonunda baş verib. Yaşadığı Bakı şəhərindən Bərdəyə gedən Zaurun atasının orada qəfil təzyiqi qalxıb və onun həyatını qurtarmaq mümkün olmayıb. Hazırda Bərdəyə gedən ailə üzvləri mərhumun cənazəsini bu gecə Bakıya gətirəcəklər.

Lətif dayının vaxtsız vəfatından kədərləndiyimizi bildirir və onun ailəsinə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!