Zaur Xəlilovun mağazasından oğurluq olub - Kriminal xəbərlər

zaur-xelilovun-magazasindan-ogurluq-olub-kriminal-xeberler
Oxunma sayı: 692

Sentyabrın 4-də Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin Cabbarov Şərifzadə 118-də yerləşən mağazada, orada işləyən Əşrəf Həsənovun mobil telefonunu masanın üstündən götürüb qaçdığına görə Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır.

***

Sentyabrın 3-ü saat 16 radələrində «Sədərək» ticarət mərkəzində Bakı şəhər sakini Zaur Xəlilova məxsus mağazadan geyim əşyalarını götürüb qaçdığına görə əvvəllər məhkum olunmuş Ceyhun Qasımov Qaradağ Rayon Mühafizə Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanaraq 10-cu PB-yə təhvil verilmiş və ondan 1 qramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.

***

Sentyabrın 3-də Bakı şəhər sakini Maşallah Hüseynova məxsus Ağa Nemətulla küçəsində yerləşən mağazadan 20 ədəd tütün məmulatı götürüb qaçdığına görə Ağdam rayon sakini Vüqar Kərimov Nərimanov RPİ PPXB-nin əməkdaşları tərəfindən saxlanılmışdır.

***

Sentyabrın 2-si saat 03:30 radələrində Şərifzadə 71-də naməlum şəxs Sabirabad rayon sakini Elnur Mehdiyevin cibindən 105 manat və əlindəki mobil telefonu alaraq qaçmışdır. Yasamal RPİ 28-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qoşqar Hüseynov sentyabrın 3-də yaxalanmışdır.

***

Sentyabrın 2-si saat 23:40 radələrində Çiçək qəsəbəsi yeni tikilidə yaşayan Niyaməddin Sailov evinin yaxınlığında aldığı bıçaq xəsarətləri ilə KTM-yə gətirilmiş və orada ölmüşdür. Binəqədi RPİ CAŞ və 40-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Çiçək qəsəbə sakini Pirqələm Məmmədov sentyabrın 3-də yaxalanmışdır.

***

Xətai RPİ 34-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Mehman Quliyev sentyabrın 3-də yaxalanmışdır.