Zavodda partlayış oldu: 4 nəfər öldü

zavodda-partlayis-oldu-4-nefer-oldu
Oxunma sayı: 655

Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, partlayış təmirə dayanan gəmilərdən birində baş verib.

İlkin ehtimala görə, partlayış qaynaq işləri aparılarkən baş verib. Belə ki, partlayış qaynaq işlərinin aparılması üçün istifadə olunan qaz balonlarından sızma nəticəsində baş verib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəliblər.

Azərbaycan Dövlət Dəniz Administrasiyası Trend-ə faktı təsdiqləyib.