Zəvvarlarımızı Həcc ziyarətinə aparan ilk təyyarə bu gün yola düşəcək

zevvarlarimizi-hecc-ziyaretine-aparan-ilk-teyyare-bu-gun-yola-dusecek
Oxunma sayı: 708

. Bu barədə məlumatı ANS PRESS-ə Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov verib. O, bildirib ki, ziyarətə təyyarə ilə gedənlər oktybarın 28-i, 30-u və 31-də bir, oktyabrın 29-da isə iki təyyarə ilə yola salınacaqlar. Təyyarə ilə gedən ilk zəvvar qrupu bu gün Mədinədə olacaq.

Oktyabrın 23-də Azərbaycanlı zəvvarların ilk Həcc ziyarətinə avtobusla yola düşüb. İlk karvanda 18 avtobus olub. 26 avtobusdan ibarət ikinci avtobus karvanı isə oktyabrın 24-də Bakını tərk edib.

Qeyd edək ki, 2011-ci ildə Azərbaycandan Həcc ziyarətinə ölkəmiz üçün nəzərdə tutulan kvotaya uyğun olaraq, keçən il olduğu kimi 2 000 zəvvar avtobus və təyyarələrlə müqəddəs məkanlara yola düşəcək.

Ziyarət səfərləri avtobuslarla 2650 manat (keçən il 2500 manat olub), təyyarə ilə səfər edənlər üçün isə 3750 manat (keçən il 3500 manat olub) dəyərindədir. Bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza xərcləri, torpaqbasdı vergisi, çadırların icarə haqqı daxildir.