Zəvvarların saxta viza aldıqları təsdiqəndi

zevvarlarin-saxta-viza-aldiqlari-tesdiqendi
Oxunma sayı: 648

“Media forum” saytının məlumatına görə Ramin Mehmanpərəst deyib: “İranlı zəvvarlar, Səudiyyə Ərəbistanı ilə gəldiyimiz razılığa görə, öz vizalarını İran Həcc və Ziyarət Təşkilatı vasitəsi ilə almalı idilər. Lakin aparılan araşdırmalar göstərir ki, bu zəvvarların bir qisminin vizası düzgün deyil. Belə ki, vizaların verilməsi müqabilində pasportlarda qeyd olunan nömrələrdə problem var. Görünür ki, hansısa qanunsuz bir şəbəkə bu şəxslərə saxta vizalar verib. Hazırda məsələ araşdırılır. Saxta vizadan istifadə edən iranlı zəvvarların bir qismi ölkəyə qaytarılıb, qalan bir qismi isə İrana qaytarılmasını gözləyir”.