Zeynəb Xanlarovanın bacısı oğlu haqda daha bir maraqlı fakt

zeyneb-xanlarovanin-bacisi-oglu-haqda-daha-bir-maraqli-fakt
Oxunma sayı: 1176

“Qafqazinfo”nun məlumatına görə, D.Nəsirov ötən il böyük səs-küyə səbəb olmuş xalq artisti, tanınmış estrada ulduzu Aygün Kazımovanın qızı İlqarə İbrahimovanın videosu yayımlanmış Orxan Daşqının atasıdır.

Türkan qəsəbəsində D.Nəsirli “Türkanlı” ləqəbi ilə tanınır.

Qeyd edək ki, Bakıda ötən gecə Türkan qəsəbəsində yerləşən “Eldar” kafesində baş vermiş atışmanın təfərrüatı məlum olub. Milli.az xəbər yayıb ki, Bakı şəhər sakini, 47 yaşlı Daşqın Nəsirov tanışı Faiq Məmmədovu torpaq üstündə düşən mübahisə nəticəsində güllələyib. Daşqın Nəsirov mübahisə zamanı “Eldar” kafesində “Vinçester” markalı silahdan Faiqə iki atəş açıb. Onu da əlavə edək ki, Türkan qəsəbəsində böyük nüfuza sahib olan D.Nəsirov Həcc ziyarətində olub.

Nəticədə iki güllə yarası alan F.Məmmədov xəstəxanaya yerləşdirilib. Hadisəni törədən D.Nəsirov saxlanılıb.