"Qafqazinfo" xәbәr verir ki, "Xәzәr Lәnkәran" sәfәrdә AZAL-la üz-üzә gәlib.
Cәnublular bu matçdan 1:3 hesablı mәğlubiyyәtlә ayrılıb. Oyundan sonra "ağ-yaşıllar"ın baş mәçqçisi Elburus Mәmmәdov mәtbuat konfransında bunları deyib: "Bu gün AZAL daha yaxşı oynadı. "Xәzәr Lәnkәran"ın bәzi futbolçuları artıq özlәrini komandanın әsas futbolçuları sayırlar. Ona görәdә özlәrini itirblәr. Bәlkә dә onlar uçan ayaqqabı geyiblәr.Özlәrini göydә zәnn edirlәr. Fasilәdәn sonra belә olmayacaq. Tәbii ki, hәr kәslә söhbәt aparacağıq. Futbolçularımın fiziki durumu yaxşıdır. Sadәcә onlar meydanda topla oynamaq haqqında qәrarә özlәri verәrkәm sәhvlәr edirlәr. Meydanda topu ötürmәk üçün әn mürәkkәbi seçirlәr. Tәcrübәli futbolçuların da ideal oynadığını demәk olmaz. Xüsusәn dә son oyunlarda".
Elsevər
Son xəbərlər
Son Xəbərlər