“Zorakılıq və qan tökməklə xalqı uzun müddət idarə etmək mümkün deyil” - Bəyanat

zorakiliq-ve-qan-tokmekle-xalqi-uzun-muddet-idare-etmek-mumkun-deyil-beyanat
Oxunma sayı: 654

“ Beynəlxalq aləm İranda Azərbycan türklərinə qarşı baş verən dövlət səviyyəsində zorakılığa dərhal öz mövqeyini bildirməli və günahsız insanların həbs olunmasına, işkəncə görməsinə və qətlə yetiriməsinə son qoymaq üçün İran hakimiyyətinin siyasətinə zəruri müdaxilələr etməlidir.”

Bu sözlər Azərbaycan Xalq Cəbhəsi partiyasının (AXCP) İran hakimiyyətinin güney azərbaycanlılara qarşı zorakəlığı pisləyən bəyənatındandır. AXCP hesab edir ki, bütün millətlər və xalqlar öz ölkələrində dinc və demokratik hüquqlara bərabər şəkildə malik olmalıdırlar və bu hər bir insanın təbii haqqıdır. İran hakimiyyəti uzun illəridir qeyri-bəşəri metodlarla milli və siyasi hüquqlarını tələb edən Azərbaycan türklərinə qarşı xüsusi amansızlıqla davranır.

Daha sonra partiyanın bəyənatnda deyilir: “Öz xalqına qarşı amansız rəftardan çəkinməyən hər bir hökümət bilməlidir ki, zorakılıq və qan tökməklə xalqı uzun müddət idarə etmək mümkün deyildir. Biz İran hakimiyyətini bu cür qeyri-bəşəri mövqeyindən dərhal əl götürməyə Azərbaycan cəmiyyətini isə öz soydaşlarımıza fəal siyasi, mənəvi dəstək verməyə çağırırıq.” – deyə bəyənatda bildirilir. Partiya eyni zamanda beynəlxalq ictimaiyyəti də bu cür hadisələrə münasibətdə çevik və məsuliyyətli olmağa çağırır.