Afrika ölkəsi olan Çadda çobanlarla fermerlər arasında qanlı dava olub. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin şərqində yerləşən Ouaddai şəhərində baş verib.
Silahlı qarşılaşmada 37 nəfər dünyasını dəyişib. Mövzu barədə Çadın Prezidenti İdris Debi açıqlama verib.
“Pis hadisələrə şahidlik edirik. Etnik qarşılaşmalar bizi həyəcanlandırır və bu, artıq beynəlxalq bir məsələyə çevrilib. Problemləri dialoqla həll etmək mümkündür”, - deyə ölkə başçısı bildirib.
Son xəbərlər
Son Xəbərlər