Çadırlardan konteynerlərə... - Video

cadirlardan-konteynerlere
Oxunma sayı: 4132

Türkiyədə zəlzələ bölgəsində yenidənqurma və bərpa işləri davam edir.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bütün zərərçəkənlərin çadırlardan konteynerlərə köçürülməsi prosesi yekunlaşmaq üzrədir. 

Prosesin tam olaraq 1 ay ərzində başa çatacağı gözlənilir.

AFAD-ın yaydığı məlumata görə, müxtəlif 352 nöqtədə 130 mindən çox konteyner quraşdırılıb. Ümumilikdə 320 min insan bu konteynerlərə yerləşdirilib. Bildirilib ki, hazırda isə 86 min zəlzələ qurbanı üçün 77 min mənzil tikilir.