Çağatay 144 kq olmalıdır

cagatay-144-kq-olmalidir
Oxunma sayı: 900

1856-1898-ci  illərdə yaşayan məşhur güləşçi Koca Yusufun həyatından film çəkilir. 

“Qafqazinfo” xəbər verir ki, 25 milyon lirə büdcəsi olan ekran işinin baş rolu Çağatay Ulusoya həvalə olunub. 

Filmdən 1 milyon TL qonorar alacaq aktyor “Koca Yusuf” obrazını canlandıracaq. 

O, 144 kq çəkiyə sahib bir güləşçi olmaq üçün idman edir, xüsusi pəhrizlə qida qəbul edir. 

Layihənin çəkilişləri Kanada, ABŞ və Türkiyədə baş tutacaq.