Çağatayla sevgilisi 4-cü dəfə ayrıldı

cagatayla-sevgilisi-4-cu-defe-ayrildi
Oxunma sayı: 1897

Aktyor Çağatay Ulusoy və daha əvvəl üç dəfə küsüb-barışdığı aktrisa sevgilisi Duyğu Sarışın ayrılıb.

“Qafqazinfo” xəbər verir ki, “İçərdə” serialının çəkilişi zamanı tanış olan iki tanınmış sima münasibətlərinə nöqtə qoyub.

Karantin dövründə İstanbulda eyni evdə qalan cütlük arasında problemlər yaranmağa başlayıb. Onlar müntəzəm bir-birilərini gördükləri üçün adi problemlərdən böyük mübahisələri yaranıb və sonunda ayrılıq qərarı alıblar.