Çağırış başladı

cagiris-basladi
Oxunma sayı: 665

Bir ay davam edəcək çağırış prosesində minlərlə gənc hərbin sirlərə dərindən yiyələnmək, Vətənin keşiyində əzmlə dayanmaq kimi şərəfli borcunu yerinə yetirmək üçün əsgəri xidmətə yollanırlar.
Fərmana əsasən, 1994-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1977-1993-cü illərdə doğulmuş, yaşı 35-dək olan, respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2012-ci il yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılırlar.

Fərmana uyğun olaraq, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2012-ci il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.