“Çağırışçılara dair statistika dövlət sirridir” - - Açıqlama

cagiriscilara-dair-statistika-dovlet-sirridir-
Oxunma sayı: 1460



O qeyd etmişdi ki, təhlükəsizlik və müdafiə sektorunda əsgəri vəzifələrin sayı müddətdən artıq xidmət edən hərbi qulluqçuların hesabına azalıb və indi bu rəqəm ümumi çağırışçıların təxminən 4-5 faizi həddindədir. 

Daha sonra hərbi ekspert vurğulamışdı ki, hərbi xidmətə çağırış yaşının minimumu 20-yə qaldırılmalı, maksimumu isə 27 və ya 28-ə endirilməlidir; vətəndaşlara müxtəlif təhsillərinə görə möhlət hüququnun verilməsi imkanları artırılmalıdır; vətəndaşların müəyyən rəsmi ödəmələr hesabına möhlət almaq imkanları araşdırılmalıdır.

"Qafqazinfo" isə bununla bağlı Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu göndərmişdi. Onlar isə sorğumuza belə cavab veriblər:

“Dövlət sirri haqqında” qanunun 4-cü maddəsinə və Azərbaycan Respublikası prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların siyahısı”nın II hissəsinin I bəndinə əsasən, çağırışçılara dair statistika dövlət sirrinə aid edilə bilən məlumatlara daxildir”.

Günel