Çağla Şikel erməni müğənniyə məhkəmədə qalib gəldi - Video

Çağla Şikel erməni müğənniyə məhkəmədə qalib gəldi
Oxunma sayı: 2101

Model-aparıcı Çağla Şikel erməniəsilli müğənni-aparıcı Artoya (Harutyan Dalqa) məhkəmədə qalib gəlib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, “mini ətəklə necə oturub-durmalı” mövzusunda video çəkən Çağlaya Arto sərt reaksiya göstərib. O, modelin İnstaqram paylaşımına “Sən əvvəlcə sinəni göstərməməyi öyrət” yazaraq Şikelin illər əvvəl podiumda və efirdə sinəsinin açılmasına eyham vurub.

Çağla bundan sonra Artonu məhkəməyə verib. Məhkəmə qərarına əsasən, Arto 3 ay Şikelə yaxınlaşa bilməyəcək.

Model məhkəmə qərarını İnstaqram səhifəsində paylaşaraq “Qadına hər cür şiddətə yox!” yazıb.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi