Çağlaya cinayət işi açıldı - Həbsi istənilir

caglaya-cinayet-isi-acildi
Oxunma sayı: 2143

İstanbul Vergi Dairəsi “azad model fəaliyyəti” çərçivəsində çalışan Çağla Şikel barədə araşdırma aparıb və 2013-cü ildə müxtəlif firmalar tərəfindən hazırlanan, yararsız olan saxta sənədlər aşkarlayıb. 

"Qafqazinfo" xəbər verir ki, Şikelin vergi ödəmələrində saxtakarlığa yol verdiyi ortaya çıxıb.. Müfəttişlər mövzu ilə bağlı akt hazırlayıblar və İstanbul Baş Prokurorluğuna göndəriblər. Ç. Şikelə vergidən yayınma maddəsi ilə cinayət işi açılıb. Onun 1 milyon TL borcu olduğu məlum olub. Model açıqlamasında mühasibinin onu aldatdığını bildirib. 

Vergi Dairəsi Şikelin 3 ildən 5 ilədək həbs olunmağını tələb edir.