Çağrı Çıtanakın anası dağıntılar altında qaldı - Foto

cagri-citanakin-anasi-dagintilar-altinda-qaldi
Oxunma sayı: 2790

Məşhur aktyor Çağrı Çıtanakın anası Türkiyədə baş verən zəlzələ nəticəsində dağıntılar altında qalıb.

"Qafqazinfo" xəbər verir ki, aktyor bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, binaların dağıldığını yazaraq kömək istəyib.

Xatırladaq ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 2379-a çatıb. 14 483 nəfər isə yaralanıb.