Çağrı mərkəzi necə xidmət göstərəcək?

cagri-merkezi-nece-xidmet-gosterecek
Oxunma sayı: 1180

Xəbər verdiyimiz kimi, “COVID-19” xəstəliyi ilə əlaqədar bütün suallara cavab vermək üçün “1542” Çağrı mərkəzi yaradılıb. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, psixoloji dəstək xətti 3 istiqamətdə fəaliyyət göstərəcək:

“Tibbi heyət üçün psixoloji dəstək (COVID-19 xəstələri ilə çalışan tibbi heyət üçün onlayn psixoloji dəstəyin təmin edilməsi, krizis anında və ya tükənmişlik hiss etdiklərində onlayn qısa terapiya xidməti);

İctimaiyyət üçün psixoloji dəstək;

Xəstələr üçün psixoloji dəstək.

Vətəndaşlar səhhətlərində yaranan narahatlığın səbəbi barədə məlumat almaq üçün Agentliyin “1542” Çağrı mərkəzinin poliklinik xidmətlərlə bağlı dəstək xəttinə zəng edə bilərlər. Zəng edən şəxslərin müraciətləri həkim-məsləhətçilər tərəfindən cavablandırılacaq. Müraciətçi ilə söhbət zamanı ehtiyac olarsa, həkim-məsləhətçi Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına və ya onun müalicə həkiminə müraciət etməyi tövsiyə edə bilər”.