“Cahan Motors” şirkətindən DƏSTƏK!

cahan-motors-sirketinden-destek
Oxunma sayı: 3608

OPEL və FAW brendlərinin Azərbaycandakı rəsmi distributoru olan “Cahan Motors” MMC öz müştərilərinə dəstək olub. Belə ki ölkədə yaranan xüsusi karantin rejimi ilə əlaqədar olaraq insanları evdə qalmağa çağıran şirkət bu dəfə onların kredit ödənişlərinə 1 aylıq güzəşt tətbiq edib. Həmin güzəştə əsasən “Cahan Motors” MMC, müştərilərinin aprel ayında olan kredit ödənişlərinə “1 AYLIQ FASİLƏ” elan edib.

“Qafqazinfo” xəbər verir ki, ölkədəki nümayəndəlikdə bunlar qeyd olunub: “Cəmiyyətimizin bu çətin vaxtında əlimizdən gələn yardımı etməyə çalışırıq. Bu gün ən vacib məsələ isə problemə hamımızın məsuliyyətlə yanaşmasıdır. Fürsətdən istifadə edərək, virusa qarşı mübarizədə ön cəbhədə olan və vəzifələrini yerinə yetirən tibb işçilərinin və bütün dövlət qurumlarının qəhrəmanlarına öz təşəkkürümüzü bildiririk”.