Daim müştərilərin rahatlığını düşünən “Cahan Multi brend servis” sizə yüksəksəviyyəli xidmət göstərmək məqsədilə daha bir addım atıb. Belə ki, servis əməkdaşlarının bilik və bacarığının artırılması məqsədilə onları təlim keçmək üçün Çinə ezam edib.
“Qafqazinfo” xəbər verir ki, 8 noyabr tarixindən 18 noyabr tarixinə qədər “Cahan Multi brend servis”in əməkdaşları Çinin Çançun şəhərində “Faw group”un istehsal zavodlarında elektrik və hibrid mühərrikli avtomobillər üzrə xüsusi təlimlərdə iştirak ediblər.
Xatırladaq ki, təlim keçirilən istehsal zavodlarında “Audi”, “Volkswagen” və “Faw group”a daxil olan çin markalarının (“HongQi”, “Bestune” və.s) batareyaları istehsal olunur.
“Cahan servis”in heyətinin daxilində tanınmış ustalardan, avtomobil elektrik təchizatı və elektronikası üzrə mütəxəsis Nicat Çərkəzov, zəmanət üzrə menecer Fuad Mehdiyev və ehtiyat hissələri üzrə menecerlər daxil olub. 10 günlük sertifikası kursunu uğurla başa vuran heyətin üzvlərinə “Faw group” tərəfindən xüsusi sertifikat təqdim edilib. Bu sertifikat əsasında ustalar hibrid və elektrik mühərrikli avtomobillər üzrə həm xidmət göstərə biləcək, həmdə digər ustalara ixtisas artırma üzrə seminarlar keçə biləcəklər.
Xatırladaq ki, “Cahan Multi brend servis” Çin istehsalı olan bütün avtomobillər üçün ehtiyyat hissələri və servis xidməti ilə xidmətinizdədir. Servisin tərkib hissəsi olan ekoloji təmiz nəqliyyat vasitələri (hibrid bə elektrik mühərrikli avtomobillər) üzrə xidmətlərində göstərilməsi ön sırada yer alır.
Ünvan: Babək prospekti, 21/99;
Əlaqə nömrəsi: 050 809 22 26, 050 282 33 33.