Cahan sülhə boyansın! - Fotolar

cahan-sulhe-boyansin
Oxunma sayı: 2985

İyunun 22-də “İdeal” Sülhün Təbliği fondunun yeni tərkibdə fəaliyyət istiqamətlərinə həsr olunmuş tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbiri açan Ümumdünya Sülh Federasiyasının üzvü, Sülh Səfiri, Beynəlxalq Humanistika İnstitutu İB nın sədri Elmira Məhəddinli fondun əvvəlki fəaliyyəti haqqında geniş məlumat verərək gələcək fəaliyyətində uğurlar arzulayıb. Tədbirin davamında Milli QHT Forumunun Prezidenti Rauf Zeyni çıxış edərək xoş arzularını və fondu dəstəklədiyini bildirib.

Daha sonra “İdeal” Sülhün Təbliği fondunun prezidenti– Tibb üzrə fəlsəfə elmləri doktoru, Sülh səfiri Sevda Əhmədova fondun ideya və məqsədləri barədə məlumat verib: “Bizim fondun istənilən layihəsi dövlətimizin siyasi, ictimai və mədəni kursunu dəstəkləyir. Bu fond dövlət başçımız, Ali baş komandan İlham Əliyevin ictimai fəallar üçün ölkədə yaratdığı şəraitin nəticəsidir. “İdeal” Sülhün Təbligi fondu öz fəaliyyətini bu istiqamətdə davam etdirəcək”. 

O, eyni zamanda “Cahan sülhə boyansın!” şüarı altında fəaliyyət göstərən fondun 3 əsas istiqaməti- sülhməramlı lahiyələr, marifləndirmə və inkşaf, şəhid və qazi ailələrinə sosial dəstək haqqında məlumat verib: "“Sülhməramlı lahiyələr” çərçivəsində post-müharibə şəaritində müxtəlif baxış bucaqlarını formalaşdıran ictimai-mədəni lahiyələr fəaliyyətimizdə öz əksini tapacaq. “Maarifləndirmə və inkişaf” müxtəlif səpkili lahiyələri özündə cəmləşdirən ən geniş istiqamətdir. Buraya elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlanıb həyata keçiriləcək".

Sevda Əhmədova fondun 3-cü istiqaməti haqqında danışarkən, bu istiqamətin özündə çox həssas məsələləri birləşdirdiyini söyləyib: “Bura daxil olan lahiyələr azadlığımız uğrunda öz həyatlarını qurban verən, təhlükəyə atan və şücaət göstərən igidlərə cüzi də olsa borcumuzu ödəmək üçün bir imkandır. Şəhid ailələri və müharibə iştirakçılarına sosial dəstək layihəsinə bir çox tədbirlər daxildir”.

Qeyd edək ki, “İdeal” Sülhün Təbliği fondu 2007-ci ildə dövlət qeydiyyatından keçib və bu illər ərzində uğurla fəaliyyət göstərib. Fondun nəzdnində 2 fəal mərkəz mövcuddur. Bunlar Milli Qəhraman Mübariz İbrahimov adına Gənclər və İdman Mərkəzi digəri isə Dövlətçiliyə Dəstək Mərkəzidir.

Fond bu illər ərzində nəinki vətənimizdə, həmçinin, qardaş Türkiyədə də bir çox uğurlu lahiyələrə imza atıb. Bu uğurlar türk mətbuatında dəfələrlə işıqlandırılıb. Onu da qeyd etmək lazımdır ki, 2014-cü ildə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana fondun təssis etdiyi “QALİB SULTAN” diplomu təqdim edilib.