Cahangir Hacıyev yenidən “İnter”in oyununda

cahangir-haciyev-yeniden-interin-oyununda
Oxunma sayı: 3476


“Qafqazinfo” qol.az-a istinadən xəbər verir ki, o, komandasının Avropa Liqasının II təsnifat mərhələsinin "Hafnarfyordur"la cavab görüşünü izləyib.  

Oyunu klubun prezidenti Georgi Nikolovla birgə izləyən C.Hacıyev "İnter" tarixində ilk dəfə Avropa Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlməsinin şahidi olub. 

Qeyd edək ki, öz meydanında "Hafnarfyordur"la 2:2 bərabərə qalan "İnter" tarixində ilk III təsnifat mərhələsində oynamaq hüququ qazanıb. Hacıyevin komandası bu mərhələdə İspaniyanın "Atletik" (Bilbao) klubu ilə qarşılaşacaq.