Cahangir Hacıyevlə həbs olunanlar məhkəməyə müraciət etdi

cahangir-haciyevle-hebs-olunanlar-mehkemeye-muraciet-etdi
Oxunma sayı: 2300

“Beynəlxalq Bank”ın sabiq rəhbəri Cahangir Hacıyevlə birgə həbs edilənlər - bankın Mərkəzi filialının direktoru Anar Sultanov və Nəqliyyat filialının direktoru Kənan Orucov barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, onların şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədovun şikayəti ilə baxılıb. Adıçəkilən şəxslər barələrində bəraət hökmü verilməsini istəyiblər.

İlkin baxış iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.  Proses dekabrın 18-də davam etdiriləcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il, A.Sultanov 7 il 6 ay, K.Orucov isə 7 il müddətinə azadlıqdan məhrum edilib. C.Hacıyevin apellyasiya şikayəti təmin edilməyib.

Murad Əhməd