Cahangir Məmmədli 81-ə çatdı

cahangir-memmedli-81-e-catdi
Oxunma sayı: 3824

Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor, görkəmli jurnalist Cahangir Məmmədlinin doğum günüdür.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan jurnalistikasının ağsaqqalı sayılan C. Məmmədlinin 81 yaşı tamam olur.

1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olan C. Məmmədli 1968-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən adıçəkilən fakültədə müəllimlik fəaliyyətinə başlayıb.

İndiyədək 500-dən çox elmi, publisistik yazısı dərc olunub. Ədəbi tənqidə və jurnalistikaya dair 15 kitabın müəllifidir.

Bundan əlavə, jurnalistika sahəsində bir neçə nüfuzlu mükafatın sahibidir. Prezident təqaüdçüsüdür. 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub. 

Professor 2003-2005-ci illər arasında Azərbaycan Mətbuat Şurası sədrinin müavini olub.

Qeyd edək ki, ötən il görkəmli jurnalistin 80 illik yubileyi münasibətlə “Qafqazinfo” xəbər portalının baş direktoru Elbrus Ərud və REAL TV-nin təsisçisi Mir Şahin onun doğma yurdu Ağdama yollanıblar. Orada C. Məmmədli haqda “80 il Ağ Damın altında” adlı film lentə alınıb.

Həmçinin saytımızda C. Məmmədlinin 80 illik yubileyi münasibətilə yayımlanan videomüsahibəni təqdim edirik: