Bu barədə "Qafqazinfo"ya hazırda dəfn mərasimində iştirak edən İctimai Televiziyanın Yayım Şurasının sədri Cahangir Məmmədli məlumat verib. Jurnalist deyib ki, o təsadüfən Qubada olan vaxt Vladimirovka kəndində əsgərin dəfn olunduğunu eşidib və hadisə yerinə gedib.
Cahangir Məmmədli dəfn mərasimindən təsirləndiyini bildirib və öz hisslərini redaksiyaya zəng edərək bölüşüb: "Əsgəri dəfn eləmək üçün demək olar ki, bütün rayon buraya axışıb. Hərbi hissənin rəhbərliyi, rayon icra hakimiyyətinin başçısı və bütün qubalılar buradadır. Adam bu dəfn mərasiminə baxır və vətən üçün ölmək istəyir. Allahdan dünyasını dəyişmiş bütün şəhidlərimizə rəhmət diləyirik. Bu, Azərbaycan üçün çox böyük hadisədir. Millət olaraq bir olmalıyıq".