Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə yeni dekan əvəzi təyin olunub.
Bu barədə “Qafqazinfo”ya məlumatı universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova verib. O bildirib ki, Beynəlxalq Jurnalistika kafedrasının müəllimi Vüqar Zifəroğlu bu gün kollektivə dekan əvəzi kimi təqdim olunub. Vüqar Zifəroğlunun 39 yaşı var.
Pərvanə İbrahimova qeyd edib ki, dekan vəzifəsinə seçkilər oktyabrda baş tutacaq.
Qeyd edək ki, bir müddətdir, fakültədə bu vəzifəni İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli icra edirdi və onun tezliklə dekanlığa təyin edilməsi gözlənilirdi.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər