Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı YAŞAT Fondudun rəhbəri Elvin Hüseynovla görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.
“Səfirimiz Cahit Bağcı Azərbaycanda şəhid və qazi ailələrinə dəstək məqsədilə yaradılmış YAŞAT Fondunun rəhbəri Elvin Hüseynovdan fəaliyyətləri haqqında məlumat aldı. Görüş zamanı qarşılıqlı əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı”, - məlumatda bildirilib.


Son xəbərlər
Son Xəbərlər