“Çalıquşu” “bikinili” fotolarını paylaşdı - Tərif yağdı

caliqusu-bikinili-fotolarini-paylasdi
Oxunma sayı: 9238

1981-ci ilin “Türkiyə gözəli” Aydan Şener sosial şəbəkə paylaşımı ilə izləyicilərini heyran edib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, “Çalıquşu” filmi ilə məşhurlaşan aktrisa evinin həyətində "bikini"də şəkillər çəkdirib.

Fotoları İnstaqram səhifəsində paylaşan Aydan ideal bədən quruluşu ilə “illərə meydan oxuyub”.

55 yaşlı Şenerin şəkilləri minlərlə izləyici tərəfindən bəyənilib, tərif dolu şərhlər yazılıb.