Tekirdağda məşhur türkiyəli yazıçı Rəşad Nuri Güntəkinin vaxtilə yaşadığı ikimərtəbəli ev yanaraq külə dönüb.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, küləkli hava səbəbindən qısa müddətdə şiddətlənən və bütün binaya yayılan yanğın 2 saat sonra söndürülüb. Lakin yanğın söndürülsə də, ev yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, Rəşad Nuri Güntəkin türk ədəbiyyatının incilərindən olan “Çalıquşu” romanının bir hissəsini həmin evdə yazıb.


Son xəbərlər
Son Xəbərlər