“Çalışırıq ki, iqtisadiyyata töhfə verəcək tələbələrə imkan yaradaq”

calisiriq-ki-iqtisadiyyata-tohfe-verecek-telebelere-imkan-yaradaq
Oxunma sayı: 1389

“Tələbələr üçün əsas şərt siyahıda adı olan universitetlərdən birinə qəbul olmaq olacaq. Təbii ki, Təhsil Nazirliyi digər şərtlərə də baxır. Çalışırıq ki, Azərbaycanın iqtisadiyyatına töhfə verən insanlara imkan yaradaq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev ötən gün təsdiq olunan “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” ilə əlaqədar keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, çalışılacaq ki, bu proqramı bitirənlər ölkəyə qayıtsınlar: “Bu proqramın məzunu olan 400 nəfərin iş tapmaqla bağlı problemi olacağını düşünmürəm. Amma onların işə düzəlməsi ilə bağlı da müvafiq tədbirlər nəzərdə tutulub. Qısa müddət ərzində həmin tədbirlər hazırlanıb ictimaiyyətə təqdim olunacaq”.

Gülnar Əliyeva