İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator məktəblərin ətrafındakı köşklərdə siqaretin satılması məsələsi ilə bağlı parlamentdə qaldırılan problemə cavab verib.
“Qafqazinfo” xəbər verir ki, Seyfulla Əzimov bildirib ki, bu məsələdə “Reklam haqqında” qanunun tələbləri pozulur: “Təhsil ocaqlarının ətrafında tütün məmulatlarının reklamı qadağandır. Təbii ki, bununla bağlı tədbir görüləcək”.
S. Əzimov vurğulayıb ki, insan alveri qurbanları əsasən böyük şəhərlərdə qeydə alınır: “Bəzilərinin himayəsində azyaşlı uşaqlar olduğuna görə onlara ağır cəza verilmir. Hər bir kəs cinsindən asılı olmayaraq qanun qarşısında cavab verməlidir. Burada 30 faiz həbs var, 60 faizinə isə şərti cəza verilib.
Dilənçilər də diqqətimizdədir. Biz bununla hər gün mübarizə aparırıq. Burada əsas rolu qaraçılar oynayır. Bu, onların peşəsidir. Çalışırıq ki, şəhərimizə gələn qonaqlar onların maşınların qabağını kəsməsini görməsinlər”.
S. Əzimov qeyd edib ki, hazırda Almaniyada 4000 qeyri-qanuni yaşayan var: “Bu sahə ciddi nəzarətimizdə saxlanılır. Adlarını demokrat qoyanlar saxta sənədlərlə insanları göndərirlər. Bir sözlə, sənəd alveri ilə məşğuldur. Bunların hamısı bizim diqqətimizdədir.”
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər