“Çalışırlar ki, cəhənnəm olum” - Erməniəsilli jurnalist

calisirlar-ki-cehennem-olum
Oxunma sayı: 2516

“Zvartnots” hava limanında 38 gündür aclıq aksiyası keçirən erməniəsilli fransız jurnalist Leo Nikolyanın vəziyyəti kəskin pisləşib, bundan sonra onu zorla Fransaya göndərməyə cəhd ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nikolyan erməni mediasına açıqlama verib.

“Həkimlər gəldi və mənə hansı iynəni vurduqlarını bilmirəm, sadəcə yuxum gəldi. Məni geyindirdilər, əşyalarımı yığdılar və zorla təyyarəyə mindirməyə çalışdılar. Amma bəxtim gətirdi. Təyyarənin kapitanı buna icazə vermədi. İndi də məni tranzitlə üçüncü ölkəyə göndərməyə çalışırlar ki, cəhənnəm olum”, - Nikolyan deyib.

Qeyd edək ki, Fransada yaşayan erməniəsilli jurnalist aprelin 22-də Ermənistana gəlib. O, ölkəyə buraxılmadığı üçün günlərdir aclıq aksiyası keçirir.