"Qafqazinfo" xəbər verir ki, bu sözləri millət vəkili Siyavuş Novruzov parlamentin bugünkü iclasında səsləndirib. O qeyd edib ki, burada məsələlər qaldırıldı ki, aqressiya artır və s: “Ancaq burada informasiya da rol oynayır. Televiziyalar da başda kriminal xəbərlər gedir, insan insanı necə qətlə yetirməsini göstərirlər. Eləcə də saytlarda, internetdə insanın özünü necə asmalı olduğunu göstərirlər. Məncə, sosial reklamlar olmalıdır. Törədilən cinayəti xüsusi anonsla vermək lazım deyil. İnsan nə qədər ağır informasiya qəbul edirsə, bir o qədər də aqressivləşir. Əlbəttə, burada dini cəryanların qızışdırma amilləri və s var. Ancaq Azərbaycan tarixən tolerantlıq olub və bundan sonra da olacaq. Azərbaycanda milli ayrı seçkilik heç vaxt olmayıb və həmişə bir qardaş kimi yaşamışıq. Odur ki, Əlikram Hümbətov kimi bu kimi şəxslərin nə deməsindən asılı olmayaraq bu birliyimizi və monolitliyimizi davam etdirməliyik”.
Komitə sədri Eldar İbrahimov isə dəyib ki, genin dəyişdirilməsi səbəbindən məhsuldarlıq çox olur və həm də uzun müddət qalır: “Əlbəttə, bu lazımdır. Çünki Afrikada milyonlarla insan acından ölür və ora lazımdır. Ancaq Azərbaycana lazım deyil. İndi bu məhsulları gətirənlərə 3-5 min manat, ikinci variantda 4-6 min manat cərimə və 3 il müddətinə qədər azadlıqdan mərhum etməyə qədər cəzalandırılır. Cərimələrin miqdarı 9 min manata qədərdir. Mən də, hesab edirəm ki, kodu dəyişdirilən məhsullar cəmiyyətdə aqressiya yaradır və həmdə müxtəlif xəstəliklər yaradır. Biz bir müddət əvvəl Norveçə getmişdik, soruşduq ki, niyə gənclər özlərini dənizə atırlar. Bizdə də, görürsünüz ki, insan-insanı öldürür, kişi arvadını qətlə yetirir. Əlbəttə, burada kodu dəyişdirilən məhsulların təsiri ola bilər. Bilmək lazımdır ki, bütün məhsullar eyni ölçüdə və formada ola bilmız. Heç insanlar eyni deyil, biri uzun, bir qısadır. Əlacımız qalıb özümüzə. Çalışmalıyıq ki, Quba alması, Xaşmaz pomidoru və başqa təbii məhsullar yeyib özümüzü öldürməyək”.
Günel
Son xəbərlər
Son Xəbərlər