Camaat palçığa batır – - Fotolar + Video

camaat-palciga-batir-
Oxunma sayı: 2110


Uzun illərdir bu vəziyyətdə yaşayan sakinlər problemlərinin həllini tələb edirlər. Dəfələrlə qəsəbə bələdiyyəsinə, Abşeron rayon icra hakimiyyətinə müraciət edilsə də, problem öz həllini tapmır. Bu il isə yağışların çox olması küçəni keçilməz edib. Adıçəkilən küçədə yaşayan sakinlər “Qafqazinfo”ya bildirib ki, hər il küçə sakinləri yığışaraq bələdiyyə sədri Vaqif Xəlilova müraciət edirlər lakin bir dəfə də olsun həmin şəxs məsələ ilə maraqlanmayıb. Bir neçə dəfə sakinlərin şəxsi vəsaiti hesabına küçəyə daş, torpaq tökülsə də, problem kökündən həll olunmayıb: “Uşaqlar məktəbə gedib gələ bilmirlər. Hər gün özümüzlə iki ayaqqabı götürürük. Birini yola qədər geyinirik, digərini məktəbə. Ayaqqabılar da tap gətirmir palçığa. Bu küçə əsaslı təmir olunmalıdır. Asfalt çəkilməlidir. Özümüz yığışıb düzəldirik, amma yağış yağan kimi yuyub aparır. Bələdiyyənin də adı var özü yox. Bu kənd üçün heç bir iş görmürlər”.

Sakinlər deyir ki, Vaqif Xəlilov artıq neçənci dəfədir ki, bələdiyyə sədri seçilir: “O da bu kənddə yaşayır, yalnız öz evinə gedən yolu düzəldib. İcra hakimiyyətindən də heç bir reaksiya yoxdur”.

Sakinlər problemin həll olunmayacağı halda aksiya keçirəcəklərini də bildiriblər.