Camala Rusiya vətəndaşı olmaqdan imtina etdi

camala-rusiya-vetendasi-olmaqdan-imtina-etdi
Oxunma sayı: 2344

Ukraynanın “Eurovision-2016” qalibi Camala ona təklif olunan Rusiya vətəndaşlığından imtina edib.

Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Camala başqa bir vətəndaşlığının olduğunu irəli sürərək bu təklifə yox deyib.

“Təşəkkür edirəm, lakin mənim vətəndaşlığım var və başqa biri mənə lazım deyil”, - deyə müğənni mətbuat konfransında bildirib.

Xatırladaq ki, Ukrayna prezidenti Petro Poroşenko mayın 16-da Camalanı “Xalq artisti” titulu ilə mükafatlandırıb.