Xəbər verdiyimiz kimi, Ukrayna təmsilçisi Camala “1944” adlı mahnısı ilə Stokholmda keçirilən “Eurovision-2016” müsabiqəsinin qalibi olub. O, 534 səslə birinci yerdə qərarlaşıb.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Camalının müsabiqədə geyindiyi libas Stokholmda “ABBA” muzeyində sərgilənəcək.
Qeyd edək ki, Ukrayna prezidenti Petro Poroşenko Camalanı qalibiyyətinə görə xalq artisti titulu ilə mükafatlandıracaq.
Son xəbərlər
Son Xəbərlər