“Camdakı kız”da Hayrini o oynayacaq - Fotolar

camdaki-kizda-hayrini-o-oynayacaq
Oxunma sayı: 2341

Türkiyənin məşhur “Camdakı kız” serialının yeni mövsüm anonsu yayımlanıb.

“Qafqazinfo” xəbər verir ki, tanıtım çarxından məlum olub ki, ekran işinə yeni daxil olan "Hayri" obrazını aktyor Cihangir Ceylan canlandıracaq.

Qeyd edək ki, C. Ceylan 1989-cu il oktyabrın 15-də Adanada anadan olub. 31 yaşlı aktyor ilk dəfə “Yusuf” filmində çəkilib. Daha sonra “Alev alev”, həmçinin internet üzərindən yayımlanan “Sıfır bir adana” seriallarında yer alıb. Bundan başqa, C. Ceylan “Show TV”nin efirində yayımlanan “Çukur” serialında “Azer” xarakterinə həyat verib. Onun 2 milyona yaxın instaqram izləyicisi var. Davamlı şəkildə idmanla məşğul olur.