“Can Azərbaycan...” - Davudoğludan Xocalı tviti

can-azerbaycan
Oxunma sayı: 2291

Türkiyə baş naziri Əhməd Davudoğlu Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

“Qafqazinfo”nun məlumatına görə, Ə. Davudoğlu “Twitter” sosial şəbəkəsində bunları qeyd edib:

“Azəri qardaşlarımızla bərabər bütün Türk xalqının və insanlığın ürəyini yandıran Xocalı qətliamının üzərindən 24 il keçir. Tarixə qara bir ləkə olaraq keçən Xocalı qətliamında həyatını itirən azəri qardaşlarımıza rəhmət diləyirəm. Bir millət - iki dövlət can Azərbaycanın kədəri kədərimizdir, sevinci sevincimizdir”.