“Can Azərbaycanı canı-könüldən təbrik edirəm”

can-azerbaycani-cani-konulden-tebrik-edirem
Oxunma sayı: 1846

Türkiyə Respublikasının birinci xanımı, Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan da Azərbaycanı təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, Əminə Ərdoğan bu barədə öz rəsmi tviter hesabında paylaşım edib.

“Can Azərbaycanı vətən torpağı Qarabağı əzmkar mübarizə ilə azad etməsinin birinci ildönümündə canı-könüldən təbrik edirəm. Vətən sevgisi vətən torpağına qarışmış bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi isə minnətdarlıqla anıram”, - deyə paylaşımda qeyd olunub.