Can Dündar azadlıqda

can-dundar-azadliqda
Oxunma sayı: 875

“Cümhuriyyət” qəzetinin rəhbəri Can Dündar və Ankara nümayəndəsi Erdem Gül dünən gecə saatlarında azadlığa buraxılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecə olmasına baxmayaraq, xeyli insan həbsxananın qarşısında onları gözləyib. Jurnalistlərin azadlığa çıxması sevinclə qarşılanıb. Can Dündar jurnalistərə qərarın tarixi bir qərar olduğunu bildirib:

“Məhkəmənin bu qərarı ifadə azadlığının yolunu açıb. 3 ay həbsdə qaldıq, bundan daha çətin şəraitdə işləyən jurnalistlərimiz var. Azadlığa çıxdıq, mübarizəmiz yenə də davam edəcək. 30-dan çox həmkarım günahsız yerə həbsdədir. Bu qərar onlarda da bir ümid yaradıb”.