Can Yaman bu hərəkəti ilə gündəm oldu

can-yaman-bu-hereketi-ile-gundem-oldu
Oxunma sayı: 4475

Türkiyəli məşhur aktyor Can Yaman atdığı örnək addımı ilə gündəmə gəlib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor öz adını daşıyan ətirlərin satışından əldə olunan gəliri İtaliyadakı uşaq xəstəxanalarına bağışlayıb.

Can Yamanın xəstəxanalara ümumilikdə 90 min avro bağışladığı bildirilib.

Aktyor bundan əlavə öz cibindən İtaliyaya köçən ukraynalı uşaqlara 150 min avro ianə edib.

Qeyd edək ki, Can Yaman karyerasını İtaliyada davam etdirir.