Çanaqqala boğazı bağlandı

canaqqala-bogazi-baglandi
Oxunma sayı: 2491

Türkiyənin Çanaqqala boğazında Liberiya bayrağı altında üzən gəmidə problem yaranıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, buğda yüklü gəmidəki problem boğazın iki istiqamətdən tranzit keçidlərə bağlanmasına səbəb olub.

Rusiyanın Novorossiysk limanından Cibutiyə gedən 225 metrlik “Fortune Trader” adlı karqo gəmisi Gelibolu sahillərində ilişib.

Problemin həlli üçün işlərə başlanılıb.