“Çanaqqala” restoranında 10 minlik oğurluq

canaqqala-restoraninda-10-minlik-ogurluq
Oxunma sayı: 3432

Bakıda Nərimanov rayonunda yerləşən “Çanaqqala” restoranında oğurluq edilib.

“Qafqazinfo” xəbər verir ki, hadisə iyulun 7-də saat 12 radələrində baş verib.

Bakı şəhər sakini Malik Ağayevin icarədarı olduğu restoranın “Buta” zalından 10 min manat dəyərində 2 ədəd kondisioner mühərriki sökülərək oğurlanıb.

Nərimanov RPİ tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Murad Əhməd