Lerik rayonunun “40-cı kilometr” adlanan yaşayış məntəqəsində qoyun tövləsinə canavar hücumu sahibkara baha-başa gəlib.
“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, qəfil hücumdan hürkən qoyunlar qapını sındırıb və çölə səpələnib.
Canavarlar qoyunları çöldə yaxalayaraq parçalayıblar. Çobanın iddiasına görə, canavarlar səhər saat 5-ə işləmiş tövlənin pəncərəsini dağıdaraq içəri keçiblər.
“Canavar qoyunlardan onunu burada öldürüb. 4-ü buradadır, 5-6-sını başqa yerdə öldürüb. Daha onunu da yaralayıb. Qoyunların vəziyyəti pisdir, inanmıram sağalsınlar. 4-5 qoyunu isə tapa bilmirik”, - deyə sahibkar Nizami Məlikov bildirib.
Sahibkarın sözlərinə görə, canavar hücumundan 3 min manat ziyan çəkib. Baytar həkimləri isə hadisənin çobanın nəzarətsizliyi ucbatından baş verdiyini deyir. Artıq ərazidə baytarlıq mütəxəssisləri zəruri tədbirlərə başlayıb.
“Ölən heyvanları dezinfeksiya edib, yandırıb, basdıracağıq. Yaralı qoyunlar peyvənd olunacaq. Yaralı heyvanların ətindən istifadə etmək olmaz”, - deyə rayon baytarlıq idarəsinin baytar həkimi Şakir Sadıqov bildirib.
Son xəbərlər
Son Xəbərlər