"Qafqazinfo" xəbər verir ki,"Milan"la qarşılaşan "Roma" 2-0 hesablı qələbə əldə edib. Miralem Pyaniçin super qolu və Jervinyonun fərqlənməsi komandaya 85-ci xalı gətirib. Bu mövsümü ikinciliklə başa vuracaq olan "canavar"lar uzun müddətlik fasilədən sonra gələn mövsümdə Çempionlar Liqasında da özlərini sınayacaqlar. "Milan" isə 51 xalla hələlik 7-ci sırada olsa da, bu mövqeyini də itirə bilər 49 xalla 8-ci olan "Torino" "Udineze"ni məğlub etsə, "Milan"ın mövqeyinə yiyələnəcək.
İqbal
Son xəbərlər
Son Xəbərlər