Canavar kəndə hücum etdi

canavar-kende-hucum-etdi
Oxunma sayı: 1809


Trend Kanal S-ə istinadən xəbər verir ki, canavar Zaqatala rayonunun şəhərə ən yaxın yaşayış məntəqəsi olan Aşağı Tala kəndində, kənd sakini Həmzəyev Məhəmməd Tacəddin oğluna məxsus tövləyə soxularaq 5 baş qoyununu parçalayıb.

Ev sahibləri hadisədən yalnız səhər tövləyə daxil olarkən xəbər tutublar. Hadisə yerinə gələn Rayon Baytarlıq İdarəsinin əməkdaşları dərhal tövlədə dezinfeksiya işləri aparıblar. Yaralı və ölü heyvanları basdırmaq üçün ev sahibləri ilə müvafiq təlimatlandırma işləri aparılıb.