Canavarlar kəndə hücum etdi

canavarlar-kende-hucum-etdi
Oxunma sayı: 1209


“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Salyan rayonunun Qırxçıraq kəndində şəxsi təsərrüfata hücum edən canavarlar İbrahim Məmmədova məxsus atın balasını parçalayıb. 

Təsərrüfat sahibi evdən bir qədər aralıda bağladığı ata baxmaq istəyərkən atın balasının canavarlar tərəfindən parçalandığını görüb.

Kənd sakinləri  ərazi icra nümayəndəsini məlumatlandıraraq tədbirlər görülməsini xahiş ediblər. Onlar bildirir ki, Qırxçıraq kəndi bir neçə dəfə canavarların hücumuna məruz  qalıb və nəticədə kənd sakinlərinə xeyli maddi ziyan dəyib.