Canəli Əkbərov dəfn olundu - Fotolar+Yenilənib

caneli-ekberov-defn-olundu
Oxunma sayı: 6060

Ötən gün 81 yaşında vəfat edən Xalq artisti Canəli Əkbərovla yaşadığı binanın həyətində vida mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, xanəndə II Fəxri xiyabanda torpağa tapşırılacaq.

Mərasimdə sənətkarın ailə üzvləri, sənət dostları iştirak edir.

Qeyd edək ki, iki il əvvəl beyin insultu keçirən xanəndənin vəziyyəti bir neçə gün öncə yenidən pisləşmişdi.

*** 

C.Əkbərov II Fəxri xiyabanda torpağa tapşırılıb. 

Qeyd edək ki, Xalq artisti ilə vida mərasimində mədəniyyət naziri Anar Kərimov da iştirak edib. 

Fotolar: Müzəffər İsmayılov