Türkiyənin “Beşiktaş” klubu Caner Erkinlə yollarını ayıracaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə müdafiəçinin meneceri Batur Altıparmak məlumat yayıb.
Türkiyə millisinin də üzvü olan futbolçunun İstanbul təmsilçisi ilə müqaviləsi mövsümün sonuna qədərdi. Tərəflər arasında yeni müqavilə ilə bağlı razılıq əldə olunmayıb. Bu üzdən də Altıparmak futbolçuya yeni klub axtardıqlarını söyləyib.
Son xəbərlər
Son Xəbərlər